Azərbaycan Prezidenti İlham Əliyev Meksika Prezidenti Felipe Kalderon İnoxosanı milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrik məktubunda dövlət başçısı Azərbaycan-Meksika dövlətlərarası münasibətlərinin, ikitərəfli əlaqələrinin daim inkişaf edərək dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
İlham Əliyev Meksika Prezidentinə ən xoş arzularını yetirib, dost Meksika xalqına əmin-amanlıq və rifah diləyib.