...

ABŞ və Rusiyanın Qəbələ RLS-dən birgə istifadəsi məsələsi açıq olaraq qalır – Pentaqon başçısının sabiq köməkçisi

Siyasət Materials 18 Sentyabr 2009 17:33 (UTC +04:00)

ABŞ, Vaşinqton, 18 sentyabr / Trend , müxbir N.Boqdanova /

ABŞ və Rusiyanın Azərbaycanda yerləşən Qəbələ RLS-dən birgə istifadəsi məsələsi açıq olaraq qalır. ABŞ-ın müdafiə nazirinin sabiq köməkçisi, Pentaqon başçısının öhdəliklərini yerinə yetirən və Vaşinqtonda Müdafiə İnformasiyası Mərkəzinin məsləhətçisi Filip Koyl belə hesab edir.

"Hesab edirəm ki, Rusiya ilə əməkdaşlıq yaxın zamanlarda mümkün olacaq. Ola bilsin ki, Armavirdə və Azərbaycanda yerləşən radiolokasiya stansiyalarından birgə istifadə olunacaq", - Trend -a Koyl bildirib.

ABŞ Prezidenti Barak Obama raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yaradılması planlarına yenidən baxılması və RƏM elementlərinin Şərqi Avropada yerləşdirilməsindən imtina edilməsi barədə elan edib.

Vaşinqton təsdiq edib ki, Çexiyada radiolokasiya stansiyasının və Polşada rakettutan sistemin yerləşdirilməsi rəqib ölkələrdən, ilk növbədə isə İrandan müdafiə üçün vacibdir. Lakin cümə axşamı Obama bəyan edib ki, ABŞ kəşfiyyatı İranın nüvə proqramının imkanlarına dair qiymətləndirməsini dəyişib.

Moskva "böyük səkkizliy"in 2007-ci ilin yayında keçirilən sammitində ABŞ-a Azərbaycanda yerləşən Qəbələ RLS-dən, həmçinin Rusiyanın cənubundakı Armavirdə inşa edilən raket buraxılışının xəbərdarlığı üzrə stansiyadan birgə istifadə etməyi təklif edib.

Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dönəmində SSRİ-nin raket əleyhinə müdafiə sisteminin vacib elementi qismində inşa edilib. Azərbaycanın müstəqillik qazanmasından və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, ondan istifadəni davam etdirib.

Obamanın qərarından danışarkən ABŞ-ın müdafiə nazirinin keçmiş köməkçisi deyib ki, hazırkı ABŞ Administrasiyasının planı İranın həqiqətən də Cənubi Avropaya çata bilən yaxın və orta məsafəli raketlərə malik olmasına cəmləşdirilib.

"Buş Administrasiyasının ilkin planı qitələrarası ballistik raketlərə (QBR) cəmləşdirilmişdi", - ekspert deyib.

"İran QBR-ə malik deyil. Buş Administrasiyası tərəfindən təklif edilmiş ilk plan bütün Avropanı əhatə etmirdi və ABŞ Konqresinin bəzi üzvləri Avropa ölkələrinin belə seçki müdafiəsindən narazı idilər", - Koyl deyib.

"Obama Administrasiyasının planı NATO-nun himayəsi altında Avropada müdafiə deməkdir və tədricən bütün Avropanı əhatə edir", - ekspert hesab edir.

Onun sözlərinə görə, Buşun planı ikitərəfli idi - ABŞ-Polşa və ABŞ-Çexiya.

"Obamanın planı isə Avropada NATO-nun bütün ölkələri ilə korporasiyadır, amma Polşa və Çexiya Respublikasının NATO ölkələri ilə daha geniş qarşılıqlı əlaqə planı çərçivəsində necə iştirak edəcəyi aydın deyil", - Koyl deyib.

Koylun fikrincə, Buşun ikitərəfli yanaşması NATO ilə ikitərəfli razılıqlar üçün deyildi, bütün ölkələrin birgə işi və onların birgə müdafiəsi üçün nəzərdə tutulmuş problemlərə səbəb olurdu.

Ekspert qeyd edir ki, Obama ilk növbədə raketləri təhlükəyə daha yaxın cənubda - əgər buna razılıq verərsə, Türkiyədə yerləşdirəcək.

Koylun sözlərinə görə, bundan sonra RƏM, İranın Avropaya çata bilən uzaq məsafəli raketlər hazırladığı təqdirdə, böyük ərazini əhatə etmək üçün şimalda genişləndiriləcək.

Analitiklərin fikrincə, hazırda İran Avropanın bütün ölkələrinə çata bilən raketlərə malik deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti