...

Azərbaycandan Rusiyaya qaçaqmalçılıq yolu ilə bir milyon dollar məbləğində malın aparılmasının qarşısı alınıb

Siyasət Materials 19 Sentyabr 2009 15:10 (UTC +04:00)
Trend News-un məlumatına görə, şənbə günü MTN və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, Həştərxan şəhər sakini Yunus Bediqov Xaçmaz rayon sakinləri - Şirzal Fətullayev, onun oğlanları Firuz və Natiq Fətullayevlər, Ədalət Dadaşov, həmçinin Camo və Elman İsrafilov qardaşları mütəşəkkil dəstənin tərkibində həmın qiymətli əşyaların qablaşdırıldığı qutuları Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla Azərbaycandan Rusiya ərazisinə aparmağa cəhd göstəriblər.
Azərbaycandan Rusiyaya qaçaqmalçılıq yolu ilə bir milyon dollar məbləğində malın aparılmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğun birgə həyata keçirdikləri tədbir nəticəsində Azərbaycan ərazisindən Rusiya Federasiyasına və əks istiqamətdə qaçaqmalçılıqla məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanaraq, onlardan təxminən 1 milyon ABŞ dolları məbləğində müxtəlif ceşidli qiymətli əşyaların qablaşdırıldığı 110 ədəd qutu aşkar edilərək götürülüb.

Trend -un məlumatına görə, şənbə günü MTN və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, Həştərxan şəhər sakini Yunus Bediqov Xaçmaz rayon sakinləri - Şirzal Fətullayev, onun oğlanları Firuz və Natiq Fətullayevlər, Ədalət Dadaşov, həmçinin Camo və Elman İsrafilov qardaşları mütəşəkkil dəstənin tərkibində həmın qiymətli əşyaların qablaşdırıldığı qutuları Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla Azərbaycandan Rusiya ərazisinə aparmağa cəhd göstəriblər.

Mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinin vaxtında qarşısının alınması məqsədi ilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib. 2009-cu il sentyabrın 17-də, saat 23:30 radələrində Xaçmaz rayonu ərazisindəki dəniz sahilində Yunus Bediqov, Ədalət Dadaşov, Şirzal və Natiq Fətullayevlər, Fıruzun idarə etdiyi "01 BX 554" dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomaşını ilə həmin əraziyə gələrək, külli miqdarda müxtəlif çeşidli əşyalarla dolu qutuları iki rezın qayıq vasitəsilə Rusiya tərəfdən sərhədi pozaraq Azərbaycanın ərazi sularına daxil olmuş yüksək sürətli, 8 metr uzunluğu olan katerə daşıyıb yüklədikləri vaxt cinayət başında yaxalanıblar.

Dəstənin cinayətkar fəaliyyəti üçün təhlükəsiz şərait yaratmaq məqsədi ilə "Honda" markalı motosikletdə sahilboyuna nəzarət edən dəstənin digər üzvləri Camo və Elman İsrafilovlar da çevik tədbirlərlə saxlanılıblar.

Əməliyyat keçirilərkən mütəşəkkil dəstənin üzvləri Milli Təhlükəsizlik Nazirliyinin "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin tabe olmaq barədə tələblərinə əməl etməyib, əksinə, odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Nəticədə cavab atəşi ilə Natiq Fətullayev zərərsizləşdirilib, dəstənin digər üzvü Yunus Bediqov isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Yerli hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı katerin içərisindən 1 ədəd "Makarov" tipli tapança aşkar edilərək götürülüb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,206.4-cü (qabaqcadan əlbir olan mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılığa cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməklə zor tətbiq etmə) və 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən istintaq aparılır.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti