...

Azərbaycanın müsəlman ümməti ilə əməkdaşlığı xarici siyasətin prioritetlərindən biridir - xarici işlər naziri

Siyasət Materials 25 Sentyabr 2009 11:39 (UTC +04:00)
Azərbaycanın islam ümməti ilə əməkdaşlığı ölkənin xarici siyasətinin prioritetlərindən biridir, Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşdə bildirib, bu barədə XİN-nin press relizində deyilir.
Azərbaycanın müsəlman ümməti ilə əməkdaşlığı xarici siyasətin prioritetlərindən biridir - xarici işlər naziri

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , Ü.Sadıxova /

Azərbaycanın islam ümməti ilə əməkdaşlığı ölkənin xarici siyasətinin prioritetlərindən biridir, Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşdə bildirib, bu barədə XİN-nin press relizində deyilir.

Görüş BMT Baş Assambleyasının 64-cü sessiyasında baş tutub.

Azərbaycanlı nazir İKT və BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunmuş, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyən qətnamələrini yüksək qiymətləndirib.

Baş katib İhsanoğlu Azərbaycanın İKT ilə əməkdaşlıq səviyyəsini, onun mədəniyyətlər dialoqunda rolunu, həmçinin ölkə tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

2009-cu ildə Bakı islam dünyasının inkişafına töhvəsinə görə islam mədəniyyətinin paytaxtı elan olunub.

Xəbər lenti

Xəbər lenti