Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir A.Axundov/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın sonu-noyabrın əvvəllərində İrana səfər edəcək, bu barədə jurnalistlərə Baş nazir cümə axşamı, BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında İran Prezidenti Mahmud Əhmədinejadla görüşdən sonra deyib, CNN Turk telekanalı xəbər verir.
"BMT Təhlükəsizlik Şurasının iclasında biz artıq nüvə silahının yayılmaması barədə fikirlərimizi söyləmişik. İranda bütün problemləri müzakirə etmək üçün yaxşı imkan olacaq", - o deyib.