...

MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulub - Azərbaycanın DİN

Siyasət Materials 27 Sentyabr 2009 01:44 (UTC +04:00)
Cari ildə MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulub, Daxili İşlər Nazirliyində geniş Kollegiya iclasında çıxış edən Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov demişdir.
MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulub - Azərbaycanın DİN

Azərbaycan, Bakı, 26 senyabr / Trend muh. Ə.Hüseynbala/

Cari ildə MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulub, Daxili İşlər Nazirliyində geniş Kollegiya iclasında çıxış edən  Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov demişdir.

Onun sözlərinə görə, cari ilin 8 ayı ərzində daxili işlər orqanları tərəfindən axtarılan 1528, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 70 təqsirləndirilən şəxs tutulmuş, MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 73 nəfərin yeri müəyyən edilmişdir. 

Ötən ilin 8 ayı ilə müqayisədə axtarışda qalanların sayı 10,5 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə  5,5 faiz azalmış,  qəsdən adam öldürmə, adam oğurluğu, quldurluq, hədə-qorxu ilə tələb etmə, zorlama faktlarına görə axtarılanların tutulma göstəriciləri xeyli yaxşılaşmışdır. 

Ümumilikdə cari ilin 8 ayı ərzində axtarılan itkin düşmüş şəxslərin 62,7 faizinin yeri müəyyən olunmuş, ötən ilin eyni dövrü ilə müqayisədə onların sayı 14,6 faiz azalmışdır.

Ümumən, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin təhlili və öyrənilməsinin nəticələri göstərir ki, bu sahədə yerlərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri bütövlükdə qənaətbəxşdir,  Arzu Daşdəmirov dedi.

Xəbər lenti

Xəbər lenti