...

Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

Siyasət Materials 29 Sentyabr 2009 14:24 (UTC +04:00)
Bakıda çərşənbə axşamı Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Bakı Bəyannaməsi qəbul edilib.
Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir C.Babayeva/

Bakıda çərşənbə axşamı Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Bakı Bəyannaməsi qəbul edilib.

"Təşkilat çərçivəsində əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə dövlətlər arasında qarşılıqlı münasibətlərin dərinləşdirilməsi işində, TürkPA iştirakçısı olan ölkə xalqlarının daha da yaxınlaşmasında vacib vasitədir", - sənəddə deyilir.

"Türkdilli Dövlətlərin Parlament Assambelyasının fəaliyyəti qardaş xalqlarımızın gələcək inkişafı naminə iştirakçı dövlətlərin tarixi, dili və mədəniyyətinin ümumiliyi ilə təqdim olunan imkanlardan istifadəyə əsaslanıb. Türkdilli Dövlətlərin Parlament Assambleyası region dövlətlərinin qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkdaşlığına yeni stimul verəcək. Türkdilli Dövlətlərin Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın - parlament diplomatiyasının yeni pilləsi vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha çox inkişafına yardım göstərilməsi və regionumuzun təhlükəsizlik və rifah zonasına çevrilməsi məqsədlərinə xidmət edən müxtəlif təşəbbüslərin hazırlanması və həyata keçirilməsi üçün əlverişli siyasi məkan yaratmaq niyyətindədir", - bəyannamədə deyilir.

Çərşənbə axşamı Bakıda Azərbaycan Milli Məclisinin, Qazaxıstan Respublikası Parlamentinin, Qırğızıstan Joqorku Keneşinin və Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti üzvlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclası keçirilir.

Xəbər lenti

Xəbər lenti