...

Türkiyə nümayəndə heyətinin başçısı AŞ PA sədrliyinə namizəd seçilib

Siyasət Materials 30 Sentyabr 2009 17:01 (UTC +04:00)

Fransa, Strasburq, 30 sentyabr / Trend , müxbir A.Məhərrəmli/

Bu gün AŞ PA-nın payız sessiyası çərçivəsində qurumun Avropa Demokratlar siyasi qrupunun iclası keçirilib. İclasda siyasi qrup Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlunun Avropa Demokratlar qrupunun AŞ PA prezidentliyinə namizədliyini təsdiqləyib.

Qeyd edək ki, qrupun iki namizədi olub: qrupun sədri David Vilşir və Mövlud Çavuşoğlu. Türkiyəli deputat əksər səs çoxluğu ilə qrupun AŞ PA sədrliyi postuna namizəd seçilib. AŞPA-nın hazırkı sədri Luiz Mariya de Puçun səlahiyyət müddəti 2010-cu ilin yanvar ayında bitir. Sədrliyə növbəti seçkilər 2010-cu ilin yanvar ayında olacaq. Prosedura görə AŞ PA sədrliyinə sədr Avropa Demokrat qrupundan seçilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti