...

Talyavini komissiyasının məruzəsi Gürcüstanın ərazi bütövlüyünü təsdiq etdi - Litvanın xarici işlər naziri

Siyasət Materials 1 Oktyabr 2009 14:53 (UTC +04:00)
Litvanın xarici işlər naziri Viqaudas Uşatskis Rusiya-Gürcüstan müharibəsi səbəblərinin araşdırılması üzrə beynəlxalq komissiyanın məruzəsini "çox mühüm" adlandırıb.
Talyavini komissiyasının məruzəsi Gürcüstanın ərazi bütövlüyünü təsdiq etdi - Litvanın xarici işlər naziri

Gürcüstan,Tbilisi,1 oktyabr / Trend müxbiri N. Kirsxalia/

Litvanın xarici işlər naziri Viqaudas Uşatskis Rusiya-Gürcüstan müharibəsi səbəblərinin araşdırılması üzrə beynəlxalq komissiyanın məruzəsini "çox mühüm" adlandırıb. "Əsas odur ki, Gürcüstanın ərazi bütövlüyü tanınmışdır", - o, Gürcüstanla bağlı deyib.

Nazir həmçinin qeyd edib ki, həm Rusiya, həm Gürcüstan, həmçinin beynəlxalq təşkilatlar müvafiq nəticələr çıxarmalıdırlar. "Bu, ekspertlər tərəfindən hazırlanmış yüksək səviyyəli bir sənəddir və ən əsası odur ki, tərəflərdən hər biri onu qəbul etsin", - o deyib. Nazir əlavə edib ki, tərəflərin bütün baş verənlərlə bağlı öz məsuliyyətini hiss etməsi də vacib amillərdəndir.

Xəbər lenti

Xəbər lenti