...

Azərbaycan və Çexiya arasında ilk dəfə olaraq "Müdafiə sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb

Siyasət Materials 1 Oktyabr 2009 18:21 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi və Çexiya Respublikasının Müdafiə Nazirliyi arasında ilk dəfə olaraq "Müdafiə sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. Bu barədə cümə axşamı Trend News-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Azərbaycan və Çexiya arasında ilk dəfə olaraq "Müdafiə sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi və Çexiya Respublikasının Müdafiə Nazirliyi arasında ilk dəfə olaraq "Müdafiə sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. Bu barədə cümə axşamı Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Oktyabrın 1-də Azərbaycana rəsmi səfər edən Çexiya Baş nazirinin müavini - müdafiə naziri Martin Bartakın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Sonra nümayəndə heyətlərinin geniştərkibli görüşündə Çexiya ilə Azərbaycan arasında hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Münaqişənin aradan qaldırılması ilə əlaqədar 15 ildən artıq Minsk qrupu tərəfindən aparılan danışıqların konkret bir nəticə vermədiyini çexiyalı həmkarının diqqətinə çatdıran nazir Əbiyev bildirib ki, Azərbaycanın güc yolu ilə də olsa öz torpaqlarını erməni işğalından azad etməkdən başqa yolu qalmır. Çünki təcavüzkar Ermənistan münaqişənin dinc şəkildə nizamlanmasını arzulamır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti