...

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan bəyannaməsi imzalanıb

Siyasət Materials 3 Oktyabr 2009 15:27 (UTC +04:00)
Görüşdə çıxış edən Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev ötən illər ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bildirib, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb, əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə təkliflərini səsləndiriblər
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan bəyannaməsi imzalanıb

Oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və Naxçıvan bəyannaməsi imzalanıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşünə yekun vurubş, növbəti görüşün gələn ilin avqustunda Bişkekdə keçiriləcəyini bildirib.

Görüşdə çıxış edən Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev ötən illər ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bildirib, regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparıb, əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə təkliflərini səsləndiriblər

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatmışdır.

İlk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkəkdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti