Gürcüstan, Tbilisi, 06 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Türkiyənin Gürcüstandakı yeni səfiri Levent Murat Burhan öz etimadnaməsini bu ölkənin xarici işlər naziri Qriqol Vaşadzeyə təqdim edib.
Nazirlikdən verilən məlumata görə, təqdimetmə mərasimindən sonra təşkil olunan görüşdə ikitərəfli və hərtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər həmçinin Turkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sentyabrın 7-8-də Gürcüstana olan səfəri zamanı əldə olunan razılıqları da müzakirə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]