...

Azərbaycan Prezidenti Slovakiyanın Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 6 Oktyabr 2009 17:16 (UTC +04:00)
Dövlət başçısı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin bu gün o qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Slovakiyanın Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri uğurlu nəticələr verəcək və əməkdaşlığımızın daha da inkişafına xidmət edəcək.
Azərbaycan Prezidenti Slovakiyanın Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri İvetta Matsejkovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin bütün istiqamətlərdə genişlənməsinin zəruri olduğunu vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin bu gün o qədər də intensiv xarakter daşımadığını qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Slovakiyanın Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri uğurlu nəticələr verəcək və əməkdaşlığımızın daha da inkişafına xidmət edəcək.

İvetta Matsejkova Slovakiyanın Konstitusiya Məhkəməsi ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında beynəlxalq səviyyədə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib və bu iki qurumun mütəmadi olaraq məhsuldar təcrübə mübadiləsi apardığını deyib. Qonaq ölkəsində Azərbaycanda gedən böyük inkişaf proseslərinin maraqla izləndiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti