Azəraycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Ağayeva/
Azərbaycanın Ukraynadakı səfirliyi Sevastopolun faşistlərdən xilas edilməsi zamanı həlak olan azərbaycanlıların abidəsinin dağıdılması ilə əlaqədar Ukrayna tərəfinə nota göndərib, bu barədə çərşənbə günü Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib.
Notada Sevastopolun faşistlərdən xilas edilməsi zamanı həlak olan azərbaycanlıların, 1974-cü ildə SSRİ Nazirlər Şursının sədri olan, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qurulan abidəsinə qarşı vandalizm aktı ilə əlaqədar məyusluq ifadə olunub.
Abidə Sapoun-qorda ucaldılıb. Səfirin sözlərinə əsasən, oktyabrın 4-də gecə bir neçə şəxs bürüncdən hazırlanmış abidəni oğurlamaq məqsədilə memorialı dağıdıblar.
Səfirlik öz notasında Ukrayna tərəfindən təcili olaraq cinayətkarları tapmağı, cəzalandırmağı və dağıdılmış abidənin bərpası işlərini həyata keçirməyi tələb edib.
"Bu gün Sevastopol milisindən əldə olunan məlumata əsasən, iki cinayətkar artıq saxlanılıb, axtarış işləri davam etdirilir", - səfir bildirib.