Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan hökuməti "Uşaqların rifahı haqqında" qanuna dəyişikliklər edilməsini nəzərdən keçirir.
Bu dəyişikliklər yaxın günlərdə parlamentə təqdim ediləcək. Bu barədə əmək, səhiyyə və sosial müdafiə naziri Aleksandr Kvitaşvili hökumət iclası başlamamişdan öncə məlumat verib. Düzəlişlər övladlığa götürmə prosedurunun maksimum sadələşdirilməsini nəzərdə tutur.
"Biz istəyirik ki, uşaq evlərindəki uşaqların sayı az olsun", - o qeyd edib.
Kvitaşvilinin sözlərinə görə, düzəlişlər sayəsində insanlar uşağı övladlığa götürmək üçün aylarla növbələrdə dayanmayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]