...

Azərbaycan Prezidenti İordaniyaya rəsmi səfərə gəlib

Siyasət Materials 12 Oktyabr 2009 14:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İordaniyaya rəsmi səfərə gəlib, bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İordaniyaya rəsmi səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İordaniyaya rəsmi səfərə gəlib, bu barədə məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Kraliça Alia Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İordaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb. Mehriban xanıma gül dəstəsi təqdim edilib.

Xəbər lenti

Xəbər lenti