...

Bütün dünya bü gün müsəlman ölkələrindən addımlar gözləyir – Suriyanın mədəniyyət naziri

Siyasət Materials 13 Oktyabr 2009 12:03 (UTC +04:00)
13-15 oktyabrda Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında iştirak edən Suriyanın mədəniyyət naziri Riad Həsən Ağa çərşənbə axşamı jurnalistlərə deyib ki, bu gün bütün dünya müsəlman ölkələrinin atacağı addımları gözləyir və islamın gələcəyini müzakirə etmək üçün yaxşı şansımız var.
Bütün dünya bü gün müsəlman ölkələrindən addımlar gözləyir  – Suriyanın mədəniyyət naziri

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

13-15 oktyabrda Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında iştirak edən Suriyanın mədəniyyət naziri Riad Həsən Ağa çərşənbə axşamı jurnalistlərə deyib ki, bu gün bütün dünya müsəlman ölkələrinin atacağı addımları gözləyir və islamın gələcəyini müzakirə etmək üçün yaxşı şansımız var.

Onun sözlərinə görə, Bakı konfransı yalnız islam problemini deyil, dünya mədəniyyətinin problemi olan Qüds probleminin müzakirəsi üçün çox mühümdür. "Bu gün bizim Qüds probleminin həlli üçün bütün tərəflərin fikrini dinləyə bilmək imkanımız var və bu gün dünyada hamı müsəlman ölkələrinin atacağı addımları gözləyir", - Həsən Ağa deyib.

Xəbər lenti

Xəbər lenti