Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanın sol qüvvələrinin ictimai-siyasi forumu noyabrın 15-də keçiriləcək. Bu barədə cərşənbə günü Azərbaycan Xalq Sosialist Partiyasının (AXSP) sədri Rövşən Hüseynov məlumat verib.
O deyib ki, forum AXSP-dən başqa, Azərbaycan Kommunist Partiyası və Azərbaycanın Sosial-Demokrat Partiyasının dəstəyilə təşkil olunur.
Forumda xarici qonaqlardan "Ədalətli Rusiya" partiyası, Ukrayna Sosialist Partiyası, Gürcüstan Leyboristlər Partiyası, həmçinin Qazaxstan və Qırğızıstanın forumla maraqlanan partiyalarının üzvlərinin iştirakı gözlənilir.
Sol qüvvələrin ictimai-siyasi forumunun keçirilməsi təşəbbüsü ilə AXSP cari ilin aprel ayında çıxış etmişdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]