...

MDB Parlament Assambleyası DİMBİ Bakı filialı seçki komissiyalarının fəaliyyəti ilə tanış olacaq

Siyasət Materials 14 Oktyabr 2009 15:34 (UTC +04:00)
MDB Parlament Assambleyası Şurası Katibliyinin Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDPA DİMBİ) Bakı Filialının əməkdaşları Azərbaycanın bölgələrinə ezam olunublar.
MDB Parlament Assambleyası DİMBİ Bakı filialı seçki komissiyalarının fəaliyyəti ilə tanış olacaq

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir A..Hüseynbala/

MDB Parlament Assambleyası Şurası Katibliyinin Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDPA DİMBİ) Bakı Filialının əməkdaşları Azərbaycanın bölgələrinə ezam olunublar.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

MDB PA DİMBİ-nin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, filialın əməkdaşları bölgələrdə bələdiyyə seçkiləri ilə bağlı seçki komissiyalarının fəaliyyətini izləyəcəklər. "Filialın əməkdaşlarının əsas məqsədi bölgələrdə seçki komissiyalarının seçkilərin keçirilməsi ilə bağlı gördükləri hazırlıq işləri ilə yaxından tanış olmaqdır", - məlumatda qeyd edilir.

MDB Parlament Assambleyası Şurası Katibliyinin Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDPA DİMBİ) Bakı Filialı "Azərbaycanda bələdiyyə seçkiləri" mövzusunda geniş tədqiqat işləri aparır. İnstitut bələdiyyə seçkiləri ilə bağlı plan üzrə bir neçə istiqamətdə monitorinqlər həyata keçirməyi, araşdırma və ictimai rəy sorğusu aparmağı planlaşdırır.

Seçkilərlə əlaqədar, MDB PA DİMBİ Bakı Filialının ofisində, iştirakçıların çoxluğu nəzərə alınaraq paytaxtda, eləcə də regionlarda təlim kursları keçiriləcək. Məqsəd 2009-cu il bələdiyyə seçkilərində iştirak etmək istəyən tərəflərin müşahidəçilərini hazırlamaqdır.

Təlimlərdə iştirak etmək istəyənlər ətraflı məlumat üçün MDB PA DİMBİ Bakı Filialının internet saytına (www.bmi.com.az) müraciət edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti