Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Bu gün seçkiqabağı təbliğatı çərçivəsində qondarma Abxaziya rejiminin rəhbəri Sergey Baqapşın Qaliyə səfəri planlaşdırılır. Bu haqda bugünkü mətbuat konfransında muxtar respublikanın legitim hakimiyyətinin rəhbəri Georgi Baramiya məlumat verib.
"Bununla o, prezident seçkilərindən öncə yerli gürcü sakinlərinin rəğbətini qazanmaq istəyir", - Baramiya deyib.
Onun sözlərinə görə, Qalidəki vəziyyət və regionda insan haqlarının tez-tez pozulması Gürcüstan vətəndaşlarının bu seçkidlərdə könüllü iştirak edəcəklərindən şübhələnməyə əsas verir.
"Baqapşın Qaliyə səfəri heç nəyi dəyişməyəcək", - Abxaziya hökumətinin rəhbəri deyib.
Onda olan məlumata görə, seçkiqabağı təbliğatı işıqlandırmaq üçün televiziya verilişləri hazırlamağı planlaşdıran rusiyalı jurnalistlər Abxaziyadadırlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]