...

Gürcüstanda prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi müzakirə olunur

Siyasət Materials 17 Oktyabr 2009 16:47 (UTC +04:00)
Ehtimala görə, yeni konstitusiyada prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq. Bu barədə komissiyanın sədri Avtandil Demetraşvili müşavirlər şurasının iclasından əvvəl jurnalistlərə bildirib.
Gürcüstanda prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması məsələsi müzakirə olunur

Gürcüstan, Tbilisi, 17 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Ehtimala görə, yeni konstitusiyada prezidentin səlahiyyətləri məhdudlaşdırılacaq. Bu barədə komissiyanın sədri Avtandil Demetraşvili müşavirlər şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müşavirlər şurası prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması məsələsini müzakirə edəcək. "Bu mərhələdə prezidentin hökuməti buraxmaq və onun aktlarını ləğv etmək hüququnun məhdudlaşdırılması variantı müzakirə olunur. Paralel olaraq, parlamentin səlahiyyətləri genişləndiriləcək və o prezidentə nəzarət edəcək",- Demetraşvili deyib.

"Yeni modelə əsasən prezident ölkənin vahidliyini və bütövlüyünü təmsil edən dövlət başçısıdır. O ölkəni beynəlxalq əlaqələrdə təmsil edir və dövlət orqanlarının fəaliyyətini təmin edir",- Avtandil Demetraşvili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti