Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir Ü.Sadıxova/
QDİƏT-ə sədrlik noyabrın 1-dən bu səlahiyyətlərə başlayacaq Bolqarıstana təhvil verilib. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev cümə axşamı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 21-ci iclasının sonunda jurnalistlərə deyib.
"Noyabrda Bakıda Bolqarıstanın rəhbərliyi ilə informasiya və kommunikasiya texnologiyaları nazirlərinin görüşü keçiriləcək", - Məmmədquliyev deyib.
Onun sözlərinə görə, bu gün Bakıda keçirilən görüş ərzində QDİƏT ölkələri arasında mövcud olan problemlərin həllinin vacibliyi qeyd olunub.
Bolqarıstanın xarici işlər naziri Rumiana Jeleva deyib ki, onun ölkəsinin rəhbərliyi dövründə təşkilatın fəaliyyəti QDİƏT-nın işçi qrupunun rolunun effektivliyinin artırılmasına, Avropa ittifaqı və Qara dəniz ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.
"Biz QDİƏT ilə Avropa komissiyasının əlaqələrini genişləndirməyə və onun təşkilatda müşahidəçi qismində iştirak etməyə cəlb olunmasına çalışacağıq", - Jeleva deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]