...

Gürcüstan dünyada heç bir zaman bugünkü kimi yüksək nüfuza malik olmayıb - prezident

Siyasət Materials 23 Oktyabr 2009 16:17 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan dünyada heç bir zaman bugünkü kimi yüksək nüfuza malik olmayıb. Bu barədə cümə günü Qoriyə səfər edən ölkə Prezidenti Mixail Saakaşvili bildirib.

Onun sözlərinə görə, bu, avqust müharibəsinin nəticəsidir. "Bütün postsovet məkanı bu müharibədən sonra dəyişib. MDB pratiki olaraq dağılıb. Bu gün yalvarışlarla bir neçə lideri toplamaq olur, belə ki, praktiki olaraq heç kəs orada toplaşmaq istəmir", - dövlət başçısı deyib.

Saakaşvili qeyd edib ki, bir il öncə çoxları "Gürcüstanın dağılacağını" gözləyirdi. "Avropada hazırkı hökumətin xilasına yalnız 20 faiz ümid edirdilər. Bu barədə mənə avropalı həmkarım xəbər verib. Lakin biz dözdük və təslim olmadıq", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti