...

Gürcüstanda "Təxirəsalınmaz cavab"şərti adı ilə Gürcüstan-Amerika hərbi təlimləri başlayır

Siyasət Materials 24 Oktyabr 2009 18:56 (UTC +04:00)
Amerika hərbi qulluqçuları Gürcüstan silahlıları üçün ikihəftəlik hərbi təlim keçəcəklər
Gürcüstanda "Təxirəsalınmaz cavab"şərti adı ilə Gürcüstan-Amerika hərbi təlimləri  başlayır

Gürcüstan, Tbilisi, 24 oktyabr / Trend , müxbir N.Kirsxaliya /

Amerika hərbi qulluqçuları Gürcüstan silahlıları üçün ikihəftəlik hərbi təlim keçəcəklər. ABŞ-ın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, tədris "Təxirəsalınmaz cavab" şərti adı daşıyır.

"Təxirəsalınmaz cavab" Gürcüstanlı hərbçilərin Əfqanıstandakı sülhməramlı əməliyyatlara hazırlanması proqramının bir hissəsidir.

ABŞ səfirliyi hansı hərbi bölmələrin təlim keçəcəklərini hələlik konkretləşdirməyib.

Məlum olub ki, təlimnin bu mərhələsində Gürcüstan hərbi qüvvələri terror əleyhinə əməliyyatlar üçün xüsusi hazırlanacaqlar.

Xəbər lenti

Xəbər lenti