Gürcüstan.Tbilisi, 26 oktyabr / Trend , müxbir N.Kirsxalia/
Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasında sətəlcəmdən iki yaşlı qız vəfat edib. Oktyabrın 19-da kəskin bakterioloji sətəlcəm diaqnozu ilə klinikaya çatdırılan uşağı həkimlərin cəhdlərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Uşağın getdiyi Uşaq bağçasında artıq həkimlər tərəfindən dizenfeksiya tədbirləri aparılıb.
İlin əvvəlindən Gürcustanda 26 sətəlcəm olma faktı qeydə alınıb və onlardan 11-i ölümlə nəticələnib.