...

Azərbaycan gömrükçüləri İrandan qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitəni müsadirə ediblər

Siyasət Materials 26 Oktyabr 2009 14:27 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin əməliyyat şöbəsi əldə edilmiş məlumat əsasında apardığı araşdırma zamanı İran vətəndaşı Asad Karim Tavakkoli Kordlar və Azərbaycan vətəndaşı Rafiq Babaşovun Abşeron rayonu ərazisindəki zibillikdə gizlətdikləri 20 kiloqrama yaxın tiryəki aşkarlayıb.
Azərbaycan gömrükçüləri İrandan qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitəni müsadirə ediblər

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan gömrükçüləri İrandan qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitəni müsadirə ediblər.

Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin əməliyyat şöbəsi əldə edilmiş məlumat əsasında apardığı araşdırma zamanı İran vətəndaşı Asad Karim Tavakkoli Kordlar və Azərbaycan vətəndaşı Rafiq Babaşovun Abşeron rayonu ərazisindəki zibillikdə gizlətdikləri 20 kiloqrama yaxın tiryəki aşkarlayıb.

Məlum olub ki, adıçəkilən şəxslər Babaşovun idarə etdiyi VAZ 21150 markalı avtomobillə narkotiki Müşfiqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 35-ci kilometrliyindəki zibillikdə gizlədiblər.

İran vətəndaşı narkotiki Bakı şəhərində 37 min ABŞ dollarına satmaq üçün Bakıya gətirməyi planlaşdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.3.2) və narkotiklərin qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması (234.4.1 və 234.4.3-cü) maddələri ilə cinayət işi başlanıb.

Hər iki şəxs həbs edilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti