Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir R.Hafizoğlu/
Noyabrın 5-də İstanbulda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Ticari-iqtisadi iş birliyi komitəsinin iclası keçiriləcək. Bu barədə Trend -a İKT-yə üzv ölkələrin Ticari-iqtisadi iş birliyi komitəsindən daxil olan məlumatda deyilir.
İclasda İKT-yə üzv olan bir neçə dövlət rəsmisinin, eləcə də Türkiyə Prezidenti Abdullah Gülün iştirakı gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]