...

Bakıda İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb (FOTO)

Siyasət Materials 26 Oktyabr 2009 20:00 (UTC +04:00)
Bakı Muzey Mərkəzində İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb.
Bakıda İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir M.Əliyev/

Bakı Muzey Mərkəzində İmam Rzanın doğum gününə həsr edilmiş fotosərgi açılıb.

Sərginin açılış mərasimində İran Prezidentinin müşaviri Mehdi Mustafevi, İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami, Azərbaycanın mədəniyyət və turizm naziri Ədalət Vəliyev iştirak edib.

Sərginin özünəməxsusluğu ondan ibarətdir ki, burada şəkillər stereoskopiya sisteminin köməyi ilə hazırlanıb, yəni xüsusi eynəklərin yardımı ilə şəkilləri 3D formatında görmək olar.

Şəkillərin müəllifi Cavad Pursəməddir. Sərgi oktyabrın 28-dək fəaliyyət göstərəcək.

30 oktyabr İmam Rzanın doğum günüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti