...

Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində ciddi rəqiblərlə rəqabət aparmağın tərəfdarıdır

Siyasət Materials 29 Oktyabr 2009 12:22 (UTC +04:00)
“Əminəm ki, biz bu yarışdan da qalib çıxacağıq. Çünki dəfələrlə keçirilmiş seçkilər və bizim malik olduğumuz böyük təcrübə, resurslar bu inamı bizdə formalaşdırıb. Amma təəssüf hissilə qeyd etmək istəyirəm ki, bir çox seçkilərdə, o cümlədən əsas etibarilə bələdiyyə seçkilərində Azərbaycanın müxalifət partiyaları iştirak etməkdə o qədər də maraqlı olmurlar”, - Trend News-un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
Azərbaycanın hakim partiyası bələdiyyə seçkilərində ciddi rəqiblərlə rəqabət aparmağın tərəfdarıdır

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini, icra katibi bələdiyyə seçkilərində ciddi rəqiblərlə rəqabət aparmağın tərəfdarıdır.

"Əminəm ki, biz bu yarışdan da qalib çıxacağıq. Çünki dəfələrlə keçirilmiş seçkilər və bizim malik olduğumuz böyük təcrübə, resurslar bu inamı bizdə formalaşdırıb. Amma təəssüf hissilə qeyd etmək istəyirəm ki, bir çox seçkilərdə, o cümlədən əsas etibarilə bələdiyyə seçkilərində Azərbaycanın müxalifət partiyaları iştirak etməkdə o qədər də maraqlı olmurlar", - Trend -un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına partiyanın sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Əhmədovun sözlərinə görə, müxalifətin iştirakda maraqlı olmamasının müxtəlif səbəbi var. "Mən indi bu barədə çox da dərinə getmək istəmirəm. Amma istəyim bundan ibarətdir ki, çox yaxşı olardı, müxalifət partiyaları bu seçki kampaniyasına qatılsınlar. Bütövlükdə seçki kampaniyasında iştirak etməyən partiyaların siyasi fəallığı haqqında fikir söyləmək də mümkün deyil. Əgər bir az da fikrimi dəqiq ifadə etsəm, deməyə məcburam ki, seçki kampaniyasına qoşulmayan partiyalar bütövlükdə özlərinin mövcudluğunu əsaslandırmaq üçün özlərini hər bir arqumentdən məhrum etmiş olurlar", - icra katibi əlavə edib.

Sədr müavini deyib ki, hər bir partiya ölkənin siyasi həyatında seçkilər vasitəsilə iştirak edir. "Azərbaycanda keçirilən seçkilərdə mütəmadi olaraq iştirakdan özünü kənarda qoyan partiyalar bir yandan siyasi həyatdan özlərini kənara qoymuş olur, o biri yandan isə bir siyasi qurum olaraq nəyə görə mövcud olduqlarını sübut etməyə əllərində heç bir arqumentləri olmur. Güman edirəm ki, hər bir seçki hər bir partiya üçün sınaqdır, digər bir tərəfdən hər bir seçki hər bir partiyanın siyasi fəallığının və səriştəsinin artmasına bilavasitə kömək edən bir aksiyadır. Çox yaxşı olardı ki, siyasi partiyalar da bu aksiyalara qoşulsunlar. Hələ gec deyil", - Əhmədov vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti