...

Azərbaycan Prezidenti Yalta şəhərinin başçısını qəbul edib

Siyasət Materials 2 Noyabr 2009 19:58 (UTC +04:00)
Dövlətimizin başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər çərçivəsində Yalta və Xaçmaz şəhərlərinin uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, qonağın ölkəmizə səfəri bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.
Azərbaycan Prezidenti Yalta şəhərinin başçısını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Yalta şəhərinin başçısı Sergey Braykonu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər çərçivəsində Yalta və Xaçmaz şəhərlərinin uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, qonağın ölkəmizə səfəri bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcək.

Yalta şəhərinin başçısı Sergey Brayko ölkəmizdə olduğu müddətdə Bakıda və Xaçmazda çox böyük inkişaf proseslərinin getdiyinin, geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyinin şahidi olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti