...

Azərbaycanda 14 979 bələdiyyə üzrə 11 043 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 4 Noyabr 2009 18:15 (UTC +04:00)
Azərbaycanda bu günədək 1718 bələdiyyə üzrə 29 758 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend News-a məlumat verilib.
Azərbaycanda 14 979 bələdiyyə üzrə 11 043 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda bu günədək 1718 bələdiyyə üzrə 29 758 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend -a məlumat verilib.

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkisi keçiriləcək. 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Daha əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Namizədliyi təsdiqlənmiş şəxslərin 28 805-i dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərdən 20 120-i isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 14 979 bələdiyyə üzrə 11 043 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınmış namizədlərin 6196 nəfəri ali təhsilli şəxslər, 2484-ü isə qadınlardır.

Namizədlikəri özləri tərəfindən irəli sürülən şəxslərdən 8623 nəfəri bitərəfləri, digərləri isə 31 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti