...

Azərbaycan Prezidenti Gürcüstan Patriarx Katalikosunu qəbul edib

Siyasət Materials 4 Noyabr 2009 20:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Gürcüstan Patriarx Katalikosunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev nüfuzlu din xadimlərinin iştirakı ilə regionumuzda həyata keçirilən dinlərarası dialoqun önəmini vurğulayıb və bunun regionda qarşılıqlı anlaşmaya, əməkdaşlığa və təhlükəsizliyin bərqərar olunması baxımından böyük imkanlar yaratdığını qeyd edib.

Dövlət başçısı Gürcüstan Patriarx Katalikosu II İlyanın Bakıda keçiriləcək "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" beynəlxalq konfransında iştirakının əhəmiyyətini vurğulayıb və onun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

"Bir daha demək istəyirəm ki, Gürcüstanda Sizi yaxşı tanıyırlar və yaşadığımız mürəkkəb dövrdə yeritdiyiniz müdrik siyasətə görə Sizi sevirlər", - II İlya gürcü Pravoslav kilsəsi, gürcü xalqı və şəxsən öz adından dövlət başçısını salamlayaraq deyib.

Xəbər lenti

Xəbər lenti