...

Azərbaycan XİN rəhbərinin Qətərə səfəri başqa vaxta salınıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Noyabr 2009 18:09 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə səfəri daha gec vaxta təxirə salınıb. Bu barədə cümə axşamı Trend News-a Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov bildirib.
Azərbaycan XİN rəhbərinin Qətərə səfəri başqa vaxta salınıb (ƏLAVƏ OLUNUB)

Redş əlav: son iki abzas əlavə olunub

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Ağayeva/

Azərbaycan XİN rəhbərinin Qətərə səfəri başqa vaxta salınıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə səfəri daha gec vaxta təxirə salınıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov bildirib.

"Azərbaycan XİN rəhbərinin Qətərə səfəri noyabrın 23-24-nə nəzərdə tutulmuşdu", - Trend -a bir müddət əvvəl Qətərin Bakıdakı səfirliyindən bildirilmişdi.

Səfər zamanı Azərbaycan və Qətər arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə ediləcəyi gözlənilirdi.

"Nazirin səfəri Qətər tərəfinin zəvvarlıq mövsümü - Həcc və qarşıdan gələn Qurban bayramı ilə əlaqədar xahişi üzərinə başqa vaxta keçirilib", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a deyib.

Onun sözlərinə görə, görüşün yeni tarixi diplomatik kanallarla razılaşdırılacaq. "Güman edilir ki, səfər bu ilin sonu - gələn ilin əvvəllərində baş tutacaq", - Poluxov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti