...

Azərbaycanda uşaq məhkumların sayı MDB ölkələri arasında ən aşağı göstəricidir - Parlamentin komitə sədri

Siyasət Materials 20 Noyabr 2009 14:05 (UTC +04:00)
Azərbaycanda hazırda 49 uşaq məhkum var, bu da MDB ölkələri arasında ən aşağı göstəricidir,Trend News-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.
Azərbaycanda uşaq məhkumların sayı MDB ölkələri arasında ən aşağı göstəricidir - Parlamentin komitə sədri

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda hazırda 49 uşaq məhkum var, bu da MDB ölkələri arasında ən aşağı göstəricidir, Trend -un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

"Biz çalışacağıq ki, məhkum uşaqların sayı minimuma ensin", - Hüseynov deyib.

Bu gün Azərbaycan Milli Məclisinin xüsusi sessiyasında BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 20-ci il dönümünə həsr edilmiş xüsusi iclas keçirilir.

Bu Konvensiya uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.

"Bir neçə ildən sonra dövlət büdcəsinin tərkibində xüsusi uşaq büdcəsinin də göstərilməsinə nail olacağıq", - bunu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Səmədzadənin sözlərinə görə, məktəbəqədər uşaqların inkişafına qoyulan investisiyaların faydası digər yaş dövrlərinədək olan uşaqlara qoyulan investisiyalardan daha çox səmərəlidir.

"Azərbaycanda uşaqların sayı əhalinin 30-40 faizini təşkil edir", - Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Onun sözlərinə görə, 2010-cu ilin dövlət büdcəsində uşaqlarla bağlı böyük vəsaitlər nəzərdə tutulur.

"Elm və təhsil üçün nəzərdə tutulan 1 milyard 250 milyon manatın 70 faizdən çoxu məktəbəqədər, ilk peşə və orta təhsil üçün nəzərdə tutulub. Hazırda 20-yə yaxın təhsil proqramı həyata keçirilir ki, əksəriyyəti də uşaqlarla bağlıdır", - Hacıyev əlavə edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti