...

Dmitri Medvedev Ulyanovsk aeroportunda Azərbaycan Prezidentini qarşlayıb

Siyasət Materials 24 Noyabr 2009 16:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevi Ulyanovsk hava limanında Rusiya Prezidenti Dmitri Medvedev qarşılayıb. Məlumatı RİA Novosti yayıb.
Dmitri Medvedev Ulyanovsk aeroportunda Azərbaycan Prezidentini qarşlayıb

Azərbaycan Prezidenti İlham Əliyevi Ulyanovsk hava limanında Rusiya Prezidenti Dmitri Medvedev qarşılayıb. Məlumatı  RİA Novosti yayıb.

Liderlər aeroportdan danışıqlar aparmağa eyni avtomobillə gediblər.

Ulyanovskda iki hökumət başçısı əməkdaşlığın aktual məsələləri, həmçinin beynəlxalq problemlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların qısa raundunu aparacaqlar.

Bundan əlavə, prezidentlər Heydər Əliyev adına şəhər meydanında Azərbaycanın ümummilli liderinin abidəsinə əklil qoyacaqlar.

Heydər Əliyev 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Ulyanovsk yaxınlığında Volqada 176 insanın ölümü ilə nəticələnən "Aleksandr Suvorov" teploxodunun qəzasının nəticələrinin aradan qaldırılması üzrə dövlət komissiyasına rəhbərlik edib.

2008-ci ilin iyulunda Ümumrusiya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Ulyanovskda Heydər Əliyevin abidəsi qoyulub və həmin ilin sentyabrında meydana Heydər Əliyevin adının verilməsi qərarı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti