...

Azərbaycan Prezidenti bəzi qanunlara əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman verib

Siyasət Materials 24 Noyabr 2009 18:47 (UTC +04:00)
Azərbaycan Prezidenti bəzi qanunlara əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman verib.
Azərbaycan Prezidenti bəzi qanunlara əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman verib

Azərbaycan Prezidenti bəzi qanunlara əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman verib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət  İnformasiya Agentliyi yayıb.

Fərmanda qeyd olunur ki, "Məhkəmələr və hakimlər haqqında", "Bələdiyyə qulluğu haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanun tətbiq edisin.

Azərbaycan Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmələr və hakimlər haqqında", "Bələdiyyə qulluğu haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Prezidentinə təqdim etsin.

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin. Öz səlahiyyətləri daxilində "Məhkəmələr və hakimlər haqqında", "Bələdiyyə qulluğu haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Xəbər lenti

Xəbər lenti