...

Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək istəyənlərin qeydiyyatı davam edir

Siyasət Materials 25 Noyabr 2009 15:24 (UTC +04:00)
"Mərkəzi Seçki Komissiyasında bu günə qədər 338 yerli müşahidəçi qeydə alınıb. Dairə seçki komissiyalarında qeydə alınan yerli müşahidəçilərin sayı isə 2537 nəfərdir", - cümə axşamı Trend News-a komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.
Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək istəyənlərin qeydiyyatı davam edir

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək istəyənlərin qeydiyyatı davam edir.

"Mərkəzi Seçki Komissiyasında bu günə qədər 338 yerli müşahidəçi qeydə alınıb. Dairə seçki komissiyalarında qeydə alınan yerli müşahidəçilərin sayı isə 2537 nəfərdir", - cümə axşamı Trend -a komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Sarıyevin sözlərinə görə, MSK-da müşahidəçilərin qeydə alınması səsverməyə on gün qalana qədər davam edəcək.

"Komissiyada yalnız səsvermə prosesini bütün ölkə ərazisində müşahidə etmək istəyənlər qeydə alınırlar. Dairə seçki komissiyalarının ərazisində seçkinin gedişini isləmək istəyənlər isə hər bir dairənin özündə qeydə alınırlar. Bu proses səsverməyə beş gün qalana qədər davam edəcək", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

Xarici müşahidəçilərə gəldikdə, xidmətin rəhbəri deyib ki, Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin seçkiləri müşahidə edəcəyi dəqiqləşib. "Bundan başqa bələdiyyə seçkilərini MDB ölkələrindən olan və bizim əməkdaşlıq etdiyimiz MSK-ların nümayəndələrinin müşahidə edəcəyi də gözlənilir", - Sarıyev vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti