...

Gürcüstanda "donuz qripi"nə 120 yoluxma halı qeydə alınıb

Siyasət Materials 25 Noyabr 2009 20:31 (UTC +04:00)
Gürcüstanda 25 noyabra qədər A/H1N1 virusuna 120 yoluxma halı qeydə alınıb. Xəstələrə Nəzarət üzrə Milli Mərkəzdən verilən məlumata görə, bu gün laboratoriyada 21 yoluxma halı aşkar edilib.
Gürcüstanda "donuz qripi"nə 120 yoluxma halı qeydə alınıb

Gürcüstan, Tbilisi, 25 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanda 25 noyabra qədər A/H1N1 virusuna 120 yoluxma halı qeydə alınıb. Xəstələrə Nəzarət üzrə Milli Mərkəzdən verilən məlumata görə, bu gün laboratoriyada 21 yoluxma halı aşkar edilib.

Yeni yoluxma hallarından 2-3-ü yerli, digərləri isə xaricdən gəlmədir. Son yoluxma hallarının hamısı Gürcüstanda qeydə alınıb.

Qeyd etmək lazımdır ki, qeyd olunan yoluxma hallarından 60-ı 15-60 yaşlı əhali arasında qeydə alınıb. 31 yoluxma halı 5-14 yaş qrupları arasında, 2 hal 60 yaşdan yuxarı şəxslərdə qeydə alınıb ki, onlardan birinin vəziyyəti ağır olub. Lakin 61 yaşlı qadını xilas etmək mümükün olub.

Qalan bütün yoluxma hallarında qrip yüngül və ya orta formada müşahidə edilib. Bütün xəstələr evdə müalicə ediliblər.

Xəbər lenti

Xəbər lenti