...

Gürcüstanda A/H1N1 virusuna yoluxanların sayı 177 nəfərə çatıb

Siyasət Materials 30 Noyabr 2009 11:24 (UTC +04:00)
Son iki gündə Gürcüstanda A/H1N1 virusuna 30 yeni yoluxma faktı qeydə alınıb. Xəstəlikərə Nəzarət Milli Mərkəzindən verilən məlumata görə, hazırda Gürcüstanda 177 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb.
Gürcüstanda A/H1N1 virusuna yoluxanların sayı 177 nəfərə çatıb

Gürcüstan, Tbilisi, 29 noyabr/Trend Neüs, müxbir N.Kirsxaliya/

Son iki gündə Gürcüstanda A/H1N1 virusuna 30 yeni yoluxma faktı qeydə alınıb. Xəstəlikərə Nəzarət Milli Mərkəzindən verilən məlumata görə, hazırda Gürcüstanda 177 "donuz qripi"nə yoluxma faktı qeydə alınıb.

Tibb işçiləri bildirirlər ki, cəmi iki xəstə stasionar rejimdə müalicə alır, lakin onların vəziyyəti narahatlığa əsas vermir, belə ki, sağalmaq üzrədirlər. Qalan xəstələr isə evdə həkim nəzarəti altında müalicə kursu keçirlər.

Gürcüstan həkimləri yaxın həftədə xəstələrin sayının artacağını gözləyirlər, belə ki, adətən məhz noyabr ayının sonu dekabr ayının əvvəllərində Gürcüstanda qrip epidemiyası daha geniş vüsət alır.

Xəbər lenti

Xəbər lenti