...

Gürcüstana yenə də Rusiya vətəndaşlarını buraxmadılar

Siyasət Materials 1 Dekabr 2009 16:51 (UTC +04:00)
Rusiyanın ekspertlər qrupunu bu gün Gürcüstana buraxmayıblar. Aralarında Nikolay Silayev də olan ekspertlər öz gürcü həmkarları ilə görüş keçirməli idilər.
Gürcüstana yenə də Rusiya vətəndaşlarını buraxmadılar

Gürcüstan, Tbilisi, 01 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Rusiyanın ekspertlər qrupunu bu gün Gürcüstana buraxmayıblar. Aralarında Nikolay Silayev də olan ekspertlər öz gürcü həmkarları ilə görüş keçirməli idilər.

Gürcüstan KİV-in verdiyi məlumata görə, onlara Gürcüstan hava limanında dövlət sərhədini keçməyə icazə verməyiblər və onlar Gürcüstanda yarım saat qalaraq həmin təyyarə ilə Yerevana, oradan isə Moskvaya qayıdıblar.

Bu yeganə belə insident deyil. Bir müddət əvvəl də Tbilisiyə öz həmkarları ilə dialoqa gələn Rusiyanın jurnalistlər qrupunu Gürcüstana buraxmamışdılar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti