...

Azərbaycanda miqrasiya sahəsində idarəetməni həyata keçirənlər dövlət tərəfindən müdafiə olunan şəxslər siyahısına əlavə olunub

Siyasət Materials 4 Dekabr 2009 15:03 (UTC +04:00)
Azərbaycan Parlamentində "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Qanuna əlavə və dəyişikliklər qəbul olunub.
Azərbaycanda miqrasiya sahəsində idarəetməni həyata keçirənlər dövlət tərəfindən müdafiə olunan şəxslər siyahısına əlavə olunub

Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Parlamentində "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Qanuna əlavə və dəyişikliklər qəbul olunub.

"Dövlət tərəfindən müdafiə olunan şəxslər bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslərdir. Dəyişiklik nəticəsində miqrasiya sahəsində idarəetməni həyata keçirən şəxslər də bundan sonra dövlət tərəfindən müdafiə olunan şəxslər siyahısına əlavə olunub", - Trend -un məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti