...

Gürcüstanda H1N1 virusuna yoluxanların sayı 300 nəfərə yaxınlaşır

Siyasət Materials 5 Dekabr 2009 15:39 (UTC +04:00)
Gürcüstanda H1N1 virusuna yoluxanların sayı 21 nəfər artaraq bu günə 292 nəfər təşkil edib. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin bildirdiyi kimi, xəstəxanada 4 pasiyent müalicə alır.
Gürcüstanda H1N1 virusuna yoluxanların sayı 300 nəfərə yaxınlaşır

Gürcüstan, Tbilisi, 05 dekabr / Trend , müxbir N.Kirtsxalia/

Gürcüstanda H1N1 virusuna yoluxanların sayı 21 nəfər artaraq bu günə 292 nəfər təşkil edib. Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin bildirdiyi kimi, xəstəxanada 4 pasiyent müalicə alır.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Virusa yoluxma hallarının 19 Tbilisidə, qalanları isə Kutaisidə aşkar edilib. Virusa yoluxma hallarının böyük əksəriyyəti 5-dən 14-ə və 15-dən 29-a qədər olan yaş qrupları arasında baş verir.

Həkimlər bildirir ki, Gürcüstan epidemioloji dövr yaşayır və xəstələrin sayının çoxalması ilə bərabər ağırlaşma təhlükəsi də artır, ona görə də xəstələr vaxtında həkimə müraciət etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti