...

Gürcüstan Rusiya-NATO Şurasının bərpa edilməsini alqışlayır - XİN

Siyasət Materials 7 Dekabr 2009 19:34 (UTC +04:00)
Gürcüstan tərəfi Rusiya-NATO Şurası formatının bərpa edilməsini təbrik edir.
Gürcüstan Rusiya-NATO Şurasının bərpa edilməsini alqışlayır - XİN

Gürcüstan, Tbilisi, 07 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan tərəfi Rusiya-NATO Şurası formatının bərpa edilməsini alqışlayır.

"Əgər biz birgə təhlükəsizlik formulunun olmasını istəyiriksə, belə olan halda Rusiyanın da iştirakı vacibdir", - xarici işlər nazirinin müavini Nino Kalandadze bu gün brifinqdə deyib.

Onun sözlərinə görə, bu format Qərblə Rusiyanın təhlükəsizliyin təmin edilməsinə dair dialoq qurması üçün əlavə vasitə olacaq.

Avqustda Gürcüstan-Rusiya müharibəsindən sonra fəaliyyətini dayandıran NATO-Rusiya Şurasının fəaliyyəti bir neçə gün əvvəl yenidən bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti