...

Tbilisidə Noqaidelinin Moskvadakı görüşlərindən narazıdırlar

Siyasət Materials 24 Dekabr 2009 18:08 (UTC +04:00)
"Gürcüstanın siyasi partiyasının liderinin işğalçılarla danışıqlara getməsi bir çox məsələlərə işarədir", - bu gün brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.
Tbilisidə Noqaidelinin Moskvadakı görüşlərindən narazıdırlar

Gürcüstan, Tbilisi, 24 dekabr / Trend , müxbir N.Kirsxaliya/

"Gürcüstanın siyasi partiyasının liderinin işğalçılarla danışıqlara getməsi bir çox məsələlərə işarədir", - bu gün brifinqdə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze "Ədalətli Gürcüstan naminə hərəkat"ın lideri Zurab Noqaidelinin Moskvaya səfəri və onun Rusiyanın Baş naziri Vladimir Putinlə görüşü ilə bağlı bildirib.

"Bu görüşlə bağlı artıq bir çox siyasi və adekvat qiymətləndirmələr olub", - Kalandadze deyib.

"Hamıya yaxşı məlumdur ki, Gürcüstana kim təcavüz edib, Rusiyanın və onun nazirinin bizim ölkəyə münasibəti necədir", - o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti