...

Azərbaycan paytaxtında narkotik alverində ittiham olunan İran vətəndaşı saxlanılıb

Siyasət Materials 30 Dekabr 2009 10:40 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsindən Trend News-a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Ənuşirəvan Cəfərzadə narkotik vasitəni satarkən tutulub.
Azərbaycan paytaxtında narkotik alverində ittiham olunan İran vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 30 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan paytaxtında narkotik alverində ittiham olunan İran vətəndaşı saxlanılıb.

Yasamal rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Ənuşirəvan Cəfərzadə narkotik vasitəni satarkən tutulub.

Onun üzərinə baxış keçirilən zaman 300 qram narkotik vasitə olan heroin tapılıb.

Cəfərzadə ilkin istintaqa ifadəsində bildirib ki, narkotik vasitəni İrandan gətirib və Bakıda satmaq fikrində olub.

Faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddəsi ilə cinayət işi başlayıb.

Xəbər lenti

Xəbər lenti