Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Ü.Sadıxova/
Bu il Azərbaycan xaricdə təxminən 10 diplomatik missiya açacaq. Bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıxov jurnalistlərə deyib.
Bu proses Azərbaycan Parlamentinin qərarı ilə həyata keçiriləcək.
Serbiya, Oman, Argentina, Tailand, Xorvatia, Liviya, Livan və Estoniyada səfirlik, Batumidə isə Baş konsulluq açılacaq.
Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanın xaricdə 65 diplomatik missiyası fəaliyyət göstərir.
"Azərbaycanın ərəb ölkələri ilə əlaqələri genişlənir, həmin ölkələr Azərbaycanla daha çox maraqlanırlar. Ötən il Fələstin muxtariyyəti Azərbaycanda səfirlik açmağı qərara alıb", - diplomat bildirib.