...

Qətər Azərbaycanla birgə enerji layihələrinin həyata keçirilməsində maraqlıdır - Qətər Əmiri

Siyasət Materials 13 Yanvar 2010 14:42 (UTC +04:00)
Qətər Azərbaycanla birgə enerji layihələrinin həyata keçirilməsində maraqlıdır. Bunu Qətər Əmiri Şeyx Hamad bin Xəlifə Al Sani Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib.
Qətər Azərbaycanla birgə enerji layihələrinin həyata keçirilməsində maraqlıdır - Qətər Əmiri

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir M.Əliyev/

Qətər Azərbaycanla birgə enerji layihələrinin həyata keçirilməsində maraqlıdır. Bunu Qətər Əmiri Şeyx Hamad bin Xəlifə Al Sani Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib. Bu barədə XİN-nin mətbuat xidmətinin məlumatında deyilir.

Qətər Əmiri iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı üçün birbaşa hava nəqliyyatının açılmasının vacibliyini qeyd edib. Tərəflər həmçinin münasibətlərin daha da dərinləşməsi üçün iqtisadi əlaqələr üzrə ikitərəfli hökumətlərarası komissiyanın yaradılmasının vacibliyini vurğulayıblar.

Yanvarın 11-12-də bu ölkədə rəsmi səfərdə olan Elmar Məmmədyarov Qətər Əmirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin hər zaman Qətər tərəfindən dəstəkləndiyinə görə təşəkkür edib.

"Qətər Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin nizamlanmasındakı mövqeyini dəstəkləyir və eyni zamanda hesab edir ki, münaqişənin həlli həm bütünlükdə region üçün, həm də Ermənistanın özü üçün müsbət nəticələr verə bilər", - Qətər Əmiri deyib.

Görüşdə həmçinin Yaxın Şərq problemi və regional təhlükəsizliyin təmin edilməsində Qətərin rolu müzakirə edilib.

Azərbaycanın xarici işlər nazirinin Qətərə səfəri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirilib, diplomatik və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən azad olunmaları haqqında saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti