...

Gürcüstan Əfqanıstan üzrə məsələlərə dair NATO və Rusiya arasındakı konsensusu alqışlayacaq – dövlət naziri Temur Yakobaşvili

Siyasət Materials 28 Yanvar 2010 12:09 (UTC +04:00)
Gürcüstan Əfqanıstan üzrə məsələlərə dair NATO və Rusiya arasındakı konsensusu alqışlayacaq. Gürcüstanın inteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili hökumət iclasından sonra keçirdiyi mətbuat konfransında bu barədə bildirib.
Gürcüstan Əfqanıstan üzrə məsələlərə dair NATO və Rusiya arasındakı konsensusu alqışlayacaq – dövlət naziri Temur Yakobaşvili

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N. Kirsxaliya/

Gürcüstan Əfqanıstan üzrə məsələlərə dair NATO və Rusiya arasındakı konsensusu alqışlayacaq. Gürcüstanın inteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili hökumət iclasından sonra keçirdiyi mətbuat konfransında bu barədə bildirib.

"Rusiya və NATO arasında Əfqanıstana dair hər hansı bir konsesus əldə olunarsa, bu, Gürcüstan üçün də qəbuledilən olacaq və biz də bu konsesusu alqışlayacağıq. Belə ki, Əfanıstandakı sülh əməliyyatlarında Gürcüstan hərbçiləri də iştirak edir", - o bildirib.

Dövlət nazirinin sözlərinə əsasən, sözü gedən konsesus heç bir halda o demək deyil ki, NATO və Rusiya arasında Gürcüstana dair hər hansı məsələdə ziddiyyət olmayacaq.

"Alyans hesab edir ki, Gürcüstanın ərazi bütövlüyü bərpa edilməlidir", - Yakobaşvili bildirib.

Onun sözlərinə əsasən, Rusiya və NATO arasında əlaqələr avqust müharibəsinə qədər kimi heç vaxt olmayacaq.

Xəbər lenti

Xəbər lenti