...

AŞ PA-da erməni fitnəkarlığı ifşa edilib

Siyasət Materials 28 Yanvar 2010 16:12 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) növbəti dəfə erməni fitnəkarlığı ifşa edilib. Bu barədə cümə axşamı Trend News-a açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov deyib.
AŞ PA-da erməni fitnəkarlığı ifşa edilib

Fransa, Strasburq, 28 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) növbəti dəfə erməni fitnəkarlığı ifşa edilib. Bu barədə cümə axşamı Trend -a açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov deyib.

AŞ PA-nın qış sessiyasının dördüncü iş günündə qurumun Mədəniyyət, Elm və Təhsil Komitəsində Azərbaycan mədəni irsi ilə bağlı mövzü gündəmdə olub. Azərbaycanlı deputat iclasda çıxış edərək, ermənilərin Azərbaycan mədəni irsinə qarşı son 20 ildə intensiv şəkildə apardığı təcavüzkar siyasətindən bəhs edib.

"2001-ci ildən etibarən Azərbaycan nümayəndə heyəti tərəfindən həm Dağlıq Qarabağ, həm də işğal altında olan yeddi rayon, eləcə də azərbaycanlıların vaxtilə kompakt yaşadıqları Ermənistan ərazisində olan mədəni sərvətlərin ermənilər tərəfindən dağıdılması ilə bağlı onlarca sənədlər hazırlanıb, çoxlu çıxışlar olub. Bununla bağlı olaraq, AŞ PA-da iki dəfə xüsusi məruzə də hazırlanıb", - millət vəkili bildirb.

Hüseynov ermənilərin AŞ PA-nın qış sessiyası çərçivəsində Azərbaycanla bağlı saxta məlumatların yayılmasının prosedur qaydalarına görə qadağan olunduğunu bildirib. Onun sözlərinə görə, AŞ PA-nın qəbul olunmuş qaydalarına əsasən, bütün müvafiq mövzular üzrə çıxışlar, müzakirələr ayrı-ayrı komitələrdə aparılmalıdır. Mədəni irs üzrə müzakirələr də ya Mədəniyyət Komitəsində, ya da ora daxil olan Mədəni İrs üzrə Alt Komitədə nəzərdən keçirilir. Hazırlanan sənədlərin də fərdi qaydada yazılması prosedura görə qadağandır. Hazırlanmış sənədlər, təqdim olunmuş kasetlər, disklər, istənilən illüstrativ materiallar yalnız AŞ PA Katibliyinin xətti ilə yayıla bilər. Lakin ötən sessiyada erməni nümayəndə heyətinin üzvləri AŞ PA-nın prosedurlarını pozaraq, Azərbaycanla bağlı həqiqətləri təhrif edən bir sıra diskləri Assambleyada Avropa deputatları arasında yaymışdılar. Bununla bağlı, keçən sessiyada Azərbaycan nümayəndə heyəti AŞ PA rəhbərliyinə rəsmi müraciət etmişdi. Bunun nəticəsi olaraq, AŞ PA rəhbərliyi erməni nümayəndə heyətinə, Ermənistanın AŞ PA-dakı Daimi Nümayəndəliyinə məktub ünvanlayaraq, qanunazidd olan belə hərəkətlərin təkrarlanmamasına çağırmışdı.

"Qış sessiyası çərçivəsində AŞ PA rəhbərliyinin keçən sessiyada erməni nümayəndə heyətinə rəsmən müraciət etməsinə baxmayaraq, növbəti qanun pozuntusunun şahidi oluruq. Onlar AŞ PA-nın xüsusi zərflərini əldə edərək, onların içərisinə hər biri 10 dəqiqə olan iki disk qoyublar. Bu disklərdəki videofilmlərdə Azərbaycanla bağlı həqiqətəuyğun olmayan, faktları təhrif edən böhtan səciyyəli məlumatlar əksini tapır. Onlardan biri guya 1990-cı ildə ermənilərə qarşı Bakıda törədilən soyqırımdan bəhs edir. Digəri isə, "XX əsrin vandalları" adlanan bir diskdir. Burada azərbaycanlıların guya erməni qəbirlərini dağıtması mövzusu irəliyə çəkilir. Biz Naxçıvanda, Culfada, Culfa qəbiristanlığında azərbaycanlıların tarixən Alban dövrünə aid abidələrinin, qəbirlərinin olduğunu yazmışdıq. Vaxtilə ermənilər özləri həmin qəbir daşlarından bir neçəsini dağıdaraq oğurlamış və Ermənistana aparmışdılar. Həmin daşlar indi də Eçmiədzində saxlanılır və bəzi nəşr olunmuş erməni kitablarında öz əksini tapır. Bu, ermənilərə aid olmayan abidədir və əslində, Azərbaycan mədəni irsinin nümunəsidir. Azərbaycanın ən müxtəlif nöqtələrində bu gün də müxtəlif alban qəbirləri qalmaqdadır", - millət vəkili qeyd edib.

Hüseynovun fikrincə, ermənilərin qədim tarixli qəbirlərə iddiası təsadüfi deyil.

Mədəniyyət, Elm və Təhsil Komitəsininn Böyük Britaniyadan olan sədri Endryu Makintoş çıxış edərək, bu hadisə ilə bağlı son dərəcə təəssüfləndiyini bildirib və belə halların AŞ-nin iş prinsipləri ilə uyğun gəlmədiyini söyləyib. O bildirib ki, öz növbəsində həm AŞ PA rəhbərliyinə müraciət edəcək, həm də Mədəniyyət, Elm və Təhsil Komitəsininn növbəti iclasında, eləcə də həmin Komitəyə daxil olan Mədəni İrs üzrə Alt Komitənin iclasında bu məsələ ilə bağlı ciddi müzakirələr keçiriləcək", - Hüseynov deyib.

Xəbər lenti

Xəbər lenti