...

Siyasi partiyaların yenidən qeydiyyatı məsələsinə parlament seçkilərindən sonra baxıla bilər - Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 2 Fevral 2010 10:35 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, ölkədə siyasi partiyaların yenidən qeydiyyatı məsələsinə parlament seçkilərindən sonra baxıla bilər.
Siyasi partiyaların yenidən qeydiyyatı məsələsinə parlament seçkilərindən sonra baxıla bilər - Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini hesab edir ki, ölkədə siyasi partiyaların yenidən qeydiyyatı məsələsinə parlament seçkilərindən sonra baxıla bilər.

"Parlament seçkilərindən sonra bu və ya digər partiyanın bütövlükdə vəziyyətinin necə olacağına baxa bilərik", - bazar ertəsi Trend -a Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı indiyə qədər bir sıra təkliflər irəli sürülüb.

"Mən belə hesab edirəm ki, bunların hamısı ciddi şəkildə təhlil olunmalıdır. Amma 2009-cu il üçün Yeni Azərbaycan Partiyası olaraq bizi düşündürən məsələlərin hamısı növbəti parlament seçkilərinin keçirilməsinə hazırlıqdan ibarətdir", - sədr müavini əlavə edib.

İcra katibi deyib ki, parlament seçkilərinin keçiriləcəyi 2010-cu ildə siyasi partiyaların fəaliyyətinə təsir göstərə biləcək məsələrlə məşğul olmağa bəlkə də ehtiyac yoxdur.

"Buna heç vaxt da olmayacaq. Siyasi partiyaların diqqət mərkəzində indi seçkilərə hazırlıq durur", - Əhmədov xatırladıb.

Xəbər lenti

Xəbər lenti